BİZNES

Kiprdə “qızıl pasport” alanların arasında Azərbaycan əsilli biznesmen də var

Kiprin “Politis” qəzeti 2008-2012-ci illərdə investisiya yatırımına görə ölkənin “qızıl pasport”u və ya respublika vətəndaşlığını alan insanların siyahısını yayımlayıb.

RBC xəbər verir ki, nəşr Kipr Prezidenti Nikos Anastasiadesin məktubuna istinad edib.

Göstərilən müddətdə ümumilikdə 141 nəfərin Kipr vətəndaşlığını aldığı bildirilir. Onlar arasında əslən Bakıdan olan iş adamı Yan Abramov da olub.

Bəzi ukraynalı biznesmenlərin də Kipr vətəndaşlığı aldığı qeyd edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)