"Azər Türk Bank" rəhbərliyinin səlahiyyət müddəti uzadıldı
Dekabrın 3-də “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir.
Bankın mətbuat xidmətindən "BI"yə verilən məlumata görə, iclasda təşkilatın idarəetmə orqanlarının səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.
Qəbul edilən qərara əsasən, “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyəti üzvlərinin eyni tərkibdə səlahiyyət müddəti uzadılıb.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
"Azər-Türk Bank"ın Müşahidə Şurasının sədri İsmayılov Famil Nəcəf oğlu, Müşahidə Şurasının üzvləri isə Nəsibov Samir Nadir oğlu və İsmayılov Muqdat Məmməd oğludur.
Hazırda Hüseynov Orxan Ziyad oğlu Bankın İdarə Heyətinin sədri, Musayev İslam Emil oğlu və Qədirbəy Orxan Elxan oğlu onun müavinləridir.