Gürcüstan Milli Bankı Azərbaycan şirkətinə lisenziya verdi

Gürcüstan Milli Bankı “Digital Security Georgia” şirkətinə broker fəaliyyəti üçün lisenziya verib.
Məlumata görə, bu barədə yerli “Business Media” nəşri yazıb.
Bildirilib ki, 2024-cü ildə yaradılmış şirkətin direktoru və səhmlərinin 100%-nin sahibi Azərbaycan vətəndaşı Natiq Kamranovdur.
Bankın qərarında qeyd olunub ki, “Digital Security Georgia” MMC-yə broker lisenziyası Gürcüstanın “Qiymətli kağızlar haqqında” Qanununun 23-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətin həyata keçirilməsi məqsədilə verilib. Həmin maddədə broker şirkətlərinin Gürcüstanda fəaliyyət göstərməsi üçün tələblər yer alıb.(Teleqraf)