Qeyri-Bank

“Birkart” BOKT-un nizamnamə kapitalı kəskin artırılıb

“Birkart” MMC bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 3 780 min manat və yaxud 8,56 dəfə artırılıb.

ENA.az bu barədə “Report”agentliyinə istinadən xəbər verir.

BOKT-un kapitalı 500 min manatdan 4 280 min manata çatdırılıb.

Xatırladaq ki, “Birkart” 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100% “Kapital Bank” ASC-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)