Hadisə

“Holcim” “Gilan İnşaat”ı məhkəməyə verib

2006-cı ildə kommersiya və yaşayış obyektlərinin beynəlxalq səviyyədə layihələndirilməsi və inşaat edilməsi ilə məşğul olan “Gilan İnşaat” MMC şirkəti məhkəməyə verilib.

Məlumata görə, məhkəməyə verən ölkənin böyük sement istehsalçısı olan “Holcim Azərbaycan” ASC-dir.

“Holcim Azərbaycan” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə müraciətində “alqı-satqı müqaviləsi” üzrə mübahisələrin baş verdiyi anlaşılır.

Sement istehsalçısı ilə inşaat şirkəti arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə aydınlıq cari ayın 7 də gətirləcəyi gözlənilir. Hazırda iş icraatdadır.

“Gilan İnşaat”, “Gilan Holding” MMC-nin törəmə şirkətidir. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan və digər ölkələrdə inşaat layihələrini reallaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)