Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni informasiya sistemi yaradır
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni informasiya sistemi yaradır.
Bu barədə quruma istinadən xəbər verilir.
Məlumata görə, məqsəd “İnzibati Xətalar Məcəlləsi"nin 45-ci maddəsinə əsasən törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların toplanmasıdır. Bunun üçün yeni proqram təminatı əldə ediləcək.