Dövlət istiqrazlarına sifariş yüksək oldu

1 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 8 investor tərəfindən 9 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,233,100.00 manat yerləşdirilmiş həcmi isə 2,416,400.00 mln. manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 21 yanvar 2025-ci il.
Hərrac iştirakçıları 2 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.