"Baku Electronics" işçilər axtarır - VAKANSİYA
Vəzifə: İşə Qəbul Üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri:
- İşçi seçiminin həyata keçirilməsi, CV İncələmə, müsahibələrin, imtahanların aparılması, lazımi materialların hazırlanması,
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkili,
- Namizəd bazasının yaradılması və daim yenilənməsi,
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi,
- İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması.
Tələblər:
- Ali təhsil
- Sahə üzrə 2 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus dilləri əla səviyyədə
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı
- Orta səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.)
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
"Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.
***
Supervisor - Merçendayzer
İş barədə məlumat
- Məhsul çeşidinin mağaza bazasında analizini etmək;
- Satışları artırmaq məqsədilə faktiki prosedur üzərindən təkliflər irəli sürmək və rəf düzülüşü planını hazırlamaq;
- Mövsümi məhsullarının düzülüşünü təmin etmək;
- Promo zonalar və ana rəflərə nəzarət etmək;
- Satış məsləhətçilərinə təlimlər keçmək;
- Lazımi məlumatları aidiyyatı departamentlərə hesabatlar şəklində təqdim etmək;
- Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək.
Namizədə tələblər
- Merçendayzinq metodları ilə tanışlıq;
- Azərbaycan dili, Rus dili - arzuolunandır;
- Məişət texnikası sahəsində merçandayzer kimi 1-2 il iş təcrübəsi;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV –ni (hr@bakuelectronics.az) elektron poçtuna göndərməlidir.
Tələblərə uyğun olmayan və "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.