Bank

Hansı bank risklərə daha çox hazırlıqlıdır? - 26 BANK ÜZRƏ RENKİNQ

Kapitalın adekvatlıq əmsalı bank sektorunda mühüm göstəricilərdən biridir. Mahiyyəti ondan ibarətdir ki, bazarda əlverişsiz şərait yaranarsa, itkilərin hansı səviyyəsinə qədərini bank öz kapitalı hesabına qarşılaya bilər. Başqa sözlə, bank risklərə qarşı nə dərəcədə dayanıqlıdır?

İqtisadi şərait dəyişərsə...

ENA.az olaraq bununla bağlı bankların ikinci rübün sonuna göstəricilərinin renkinqini sizə təqdim edirik.

Qeyd edək ki, məcmu kapitalın adekvatlıq əmsalı = məcmu kapitalın həcmi / risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi

Renkinq cədvəli üzrə bir neçə bankın vəziyyətini izah edərək, kapital adekvatlılığının nə dərəcədə vacib göstərici olduğunu əks etdirməyə çalışacağıq. Əvvəlcə qeyd edək ki, prudensial normativlərə görə, kapitalın adekvatlıq əmsalı fərqlidir. Bu norma sistem əhəmiyyətli banklar üçün minimum 11%, sistem əhəmiyyəti daşımayan banklar üçün 9% təşkil edir. Düzdür, mövcud vəziyyətdə əməliyyat risklərinin artması ehtimalı aşağı olsa da, iqtisadi şəraitin dəyişkən olması, bazar risklərinin, xüsusən də xarici şoklara iqtisadiyyatımızın həssaslığı baxımdan risklərinin nəzərə alınması ilk növbədə likvidlik göstəricilərinin qorunmasına imkan yaradır.

Adekvatlıq əmsalı 100-ün üzərindədirsə...

Beləliklə, aşağıdakı renkinq cədvəlinə nəzər salsaq görərik ki, Pakistan Milli Bankı NBP Bakı filialının kapitalının adekvatlıq əmsalı 350-yə yaxındır. Amma bankın kredit portfeli aktivlərdə cəmi 6% paya sahibdir. Əgər kapitalın adekvatlıq əmsalı 100-ün üzərindədirsə, deməli bank ümumiyyətlə aktivlərindən səmərəli istifadə etmir, kreditləşməyə, qiymətli kağızlara yatırımlara meyilli deyil. Yəni, bu halda  banklar vəsaitlərini əsasən müxbir hesablarda saxlayır, gəlirlilikləri isə çox aşağı olur. Kapital adekvatlılığının həcmi və aktivlərdən istifadə baxımından “qızıl ortanı” tutan banklar sırasına baxsaq burada Express Bankın gsötəriciləri daha münasibdir. 

Kapital formalaşdırmayıb

Renkinq cədvəlində son sıraları tutan PAŞA Bankın məcmu kapitalının adekvatlıq əmsalı isə kritik səviyyəyə yaxındır. Bankın aktivləri sıçrayışla artsa da, aktivlərə uyğun olaraq kapital formalaşdırmayıblar. Buna görə də kapitalın adekvatlıq əmsalı çox aşağı səviyyədədir.

Kapital adekvatlılığı aşağı olarsa...

Belə olan halda Mərkəzi Bank hər bir banka individual adekvatlıq əmsalı müəyyənləşdirə bilər. Eyni zamanda, tənzimləyicinin xüsusi göstərişi ilə həmin bankların riskli əməliyyatlar aparması, yəni riskli aktivlər qrupunun artırılması müvəqqəti dayandırıla bilər.

 

 

YERİ

Renkinq sırası

Banklar

 Məcmu kapitalın adekvatlıq əmsalı (% ilə)

 Aktivlərin cəmi həcmi, min AZN ilə

 Kreditlərin aktivlərdəki payı, % ilə

 
 
 

26

1

Pakistan Milli Bankı NBP Bakı filialı

                  347,80  

10 825

6,0%

 

25

2

Bank Melli İran Bakı filialı

                  212,03  

83 981

6,0%

 

24

3

NaxçıvanBank ASC

                    93,12  

241 859

43,0%

 

17

4

Bank Avrasiya ASC

                    73,32  

161 201

57,0%

 

14

5

Expressbank ASC

                    48,20  

300 535

72,0%

 

20

6

VTB -Azərbaycan ASC

                    47,10  

168 056

42,0%

 

10

7

Yapı Kredi Bank Azərbaycan ASC

                    40,70  

355 069

45,0%

 

1

8

Azərbaycan Beynəlxalq Bankı ASC

                    37,19  

8 477 000

29,0%

 

22

9

AzFinance Bank ASC

                    33,77  

573 389

69,0%

 

23

10

Ziraat Bank Azərbaycan ASC

                    32,00  

274 415

51,0%

 

8

11

Bank of  Baku ASC

                    29,48  

379 215

60,0%

 

16

12

Azər-Türk Bank ASC

                    27,72  

337 522

48,0%

 

19

13

BTB ASC

                    26,99  

360 162

6,0%

 

21

14

Premium Bank ASC

                    26,85  

670 081

84,0%

 

13

15

Turanbank ASC

                    22,70  

522 055

65,0%

 

3

16

Xalq Bank ASC

                    22,67  

2 168 973

71,0%

 

15

17

Rabitəbank ASC

                    20,35  

926 089

39,0%

 

2

18

Kapital Bank ASC

                    19,97  

4 870 499

44,0%

 

11

19

Yelo Bank ASC

                    17,47  

461 533

66,0%

 

12

20

Azərbaycan Sənaye Bankı ASC

                    17,18  

924 006

38,0%

 

9

21

Muğanbank ASC

                    15,83  

591 807

60,0%

 

7

22

Bank Respublika ASC

                    14,72  

1 035 567

44,0%

 

5

23

Unibank ASC

                    14,60  

714 714

58,0%

 

6

24

Accessbank QSC

                    13,64  

851 162

63,0%

 

4

25

Paşa Bank ASC

                    12,50  

4 831 912

38,0%

 

18

26

Günaybank ASC

 

247 199

71,0%

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department