Elm və Texnologiya

Dünyanın ən böyük kibergücü BƏLLİ OLDU

Hazırda Çin dünyanın öncül kibergücünə çevrilib.

EMA.az xəbər verir ki, beynəlxalq kibertəhlükələri tədqiq edən “İntSights” şirkətinin saytında yerləşdirilən “Çinin qaranlıq tərəfi: Qlobal kibergücün təkamülü” adlı tədqiqat hesabatına görə, iqtisadi və hərbi rəqiblərini hücum edərək sıradan çıxarmaq üçün yetərli dinamik gücə yiyələnən Çin daha zəif ölkələr üzərində nəzarət qurmağa çalışır.

Tədqiqat müəlliflərinin gəldiyi qənaətə görə, Çin öz kiberhədəflərini, məqsəd və taktikalarını dəyişdirərək dünya rəqəmsal mənzərəsinə təsir göstərmək niyyətini büruzə verir.

Araşdırmada Çinin təcavüzkar xarakterli kibercasusluq kampaniyaları və mütərəqqi hərbi təmayüllü kiberhücumları həyata keçirdiyi, zərərli proqramları təkmilləşdirib tətbiq etdiyi, yerli və əcnəbi dissidentlərə qarşı rəqəmsəl təzyiq tədbirləri həyata keçirdiyi ortaya qoyulur.

Həmçinin ABŞ, Rusiya, İsrail, bir sıra Avropa ölkələrinə nisbətən daha ehtiyatlı, əsaslı olan Çinin maliyyələşdirdiyi ayrı-ayrı kiberqrupların istifadə etdikləri üsul və taktikalarında özünəməxsus fərqlərin gözə dəydiyi bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)