Vakansiyalar

Sürücü tələb olunur - İŞ ELANI

Şirrkət: Kontakt Home

Vakansiya: Sürücü (Çatdırılma, moped ilə)

Tələblər:

• Sürücülük vəsiqəsi arzu olunandır (A kateqoriyası)
• Şəxsi mopedinin olması arzu olunandır
• Yaş həddi – 30 yaşa dək
• Müxtəlif naviqator və xəritə proqramları ilə işləyə bilmək
• Şəhəri yaxşı tanımalı
• Minimum 3G dəstəkləyən smartfonun olması
• Azərbaycan və rus dillərini səlis bilməli
• Nizam intizamlı, məsuliyyətli, işində dəqiq olmağı vacib şərtdir

Vəzifələr:

• Onlayn sifarişlərin müştərilərə çatdırılması
• Müvafiq sənədləşmənin həyata keçirlməsi
• Yaranan nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqların vaxtında aradan qaldırılması
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət edilməsi

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: 10:00-20:00, 6 iş günü, 1 gün istirahət
• Əmək haqqı: 300 AZN + hər çatdırılmadan bonus

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sürücü (Çatdırılma, moped ilə)” qeyd edərək CV-lərinizi ir@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department