Bank

“Ziraat Bank Azərbaycan”ın İdarə Heyətinə daha bir təyinat

21 illik bank təcrübəsinə malik olan Ahmet Kudret İşler 24 iyul 2020-ci il tarixindən etibarən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin üzvü təyin edilmişdir.

Qeyd edək ki, Ahmet Kudret İşler 2015-2016 illər arasında “Ziraat Bank Azərbaycan” ASC-də “Kreditlərin Təhlili Departamenti”-nin Direktoru vəzifəsində,  2016-cı ildən isə “Kreditlərin Təhlili və Monitorinqi Qrupu”-nun Direktoru vəzifəsində çalışır.

Bundan əlavə, Ahmet Kudret İşler 2017-ci ildən “Azərbaycan Kredit Bürosu”-nun Müşahidə Şurasının üzvüdür.

Beləliklə də, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti aşağıdakı tərkibdə formalaşmışdır:

  1. Avni Demirci – İdarə Heyətinin sədri
  2. Ahmet Kudret İşler – İdarə Heyətinin üzvü
  3. Vüqar Əlipaşayev – İdarə Heyətinin üzvü
  4. Rövşən İbrahimov – İdarə Heyətinin üzvü

“Ziraat Bank Azərbaycan” ASC, “Azərbaycan Respublikası Mərkəzi Bankı” tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.

Bank üç səhmdardan ibarət olmaqla Açıq Səhmdar Cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)