Vakansiyalar

Şirkət “Satış departament rəhbərinin müavini” vəzifəsinə işçi axtarır - MAAŞ 2000 MANAT+BONUS

Collezione İtalia

Şirkət “Satış departament rəhbərinin müavini” vəzifəsinə vakansiya elan edir.

Tələblər:

• Ali təhsil;
• 30-45 yaş həddi;
• Minimum 5 il satış sahəsində (2 ili rəhbər vəzifədə olmaqla) iş təcrübəsi olmalı;
• Satış texnikalarını yaxşı bilməli, müştəri yönümlü və satışa meyilli olmalı;
• Güclü liderlik keyfiyyətlərinə sahib olmalı və kollektivlə işləməyi bacarmalı;
• Kooperativ idarəetmənin üsul və tətbiqi qaydalarını bilməli;
• Analitik təhlil qabiliyyətinə sahib olmalı;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli;
• İşgüzar ünsiyyət və danışıqlar aparılması, kollektiv idarə etmə bacarıqlarının olması;

Vəzifə öhdəlikləri:

• Satış departamentinin iş prinsiplərinə uyğun olaraq struktur bölmənin işinə nəzarət etmək;
• Rəqiblərin, trendlərin və bazarda baş verən yeniliklərin təqib edilməsi, analiz edilməsi və nəticələrin departament rəhbərinə təqdim olunması;
• Mağazanın satış planının icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə birbaşa rəhbəri ilə daimi əlaqədə olmaq;
• Kooperativ müştərilərin cəlb edilməsi və satışın artırılması məqsədilə yeni təkliflər vermək;
• Departament işçilərinin vəzifələrinin keyfiyyətli və vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
• Satış komandasına tətbiq olunan öhdəlik və tapşırıqların həyata keçirilməsi üçün işçilərin bu istiqamətdə təlimatlandırılmasını və yönəldilməsini təmin etmək;
• Struktur bölmənin işçilərinin işinin ilkin qiymətləndirməsini apararaq departament rəhbəri ilə müzakirə olunması;
• Satış ilə əlaqədar qərarların verilməsi prosesində iştirak etmək;
• Satış Departamentinin tabeçiliyində olan əməkdaşların, Cəmiyyətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidi
• Şourumda normal iş şəraitinin yaradılması üçün aidiyyəti struktur vahidləri qarşısında məsələ qaldırır və onlarla birlikdə işləyir
• Satış planına uyğun olaraq işçilər arasında iş bölgüsünün aparılması, iş qrafiklərinin və ya işçilərin iş rejiminin planlaşdırılması
• İşçinin iş prosesinin nəzarətdə saxlanılıb izlənməsi
• Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar.

Şərtlər:

- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Həftə ərzində 6 günlük iş qrafiki.
- İş qrafiki: 10:00-19:00
- Əmək haqqı fix 2000 AZN +bonus

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış departament rəhbərinin müavini” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.
İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department