Birja

Neft OPEC-in iclası ərəfəsində bahalaşdı - QİYMƏTLƏR

Xam neft bazarındakı qiymətlər bu həftə gözlənilən OPEC + Nazirlərin Monitorinq Komitəsinin (JMMC) iclası ərəfəsində bazar ertəsi günü yüksəldi.

Londonun İCE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bazar ertəsi saat 9:19-da 45,20 dollar / barel təşkil edir ki, bu da əvvəlki sessiyanın yekunundakı qiymətdən 0,4 dollar (0,89%) çoxdur. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarətdə WTI sentyabr ayı fyuçersləri bu dəfə 0,44 dollar (1,05%) bahalaşaraq 42,45 dollara satıldı. 

Cümə günü neft qiymətləri düşdü, lakin bazar günü ABŞ neft ehtiyatlarının ardıcıl üçüncü həftədə azalması barədə məlumatlar yenidən gündəmə gəldi. Buna görə də neftin qiyməti artdı. 

S&P Global Platts yazır ki, bu həftə treyderlər OPEC + Nazirlər Monitorinq Komitəsinin (JMMC) 19 avqusta planlaşdırılan iclasını gözləyirlər.

"Bu həftəki OPEC + toplantısında böyük bir sürprizlər gözlənilmir və hasilatın azalması aprel ayında təyin olunduğu kimi davam edəcək", - dey analitiklər bildiriblər. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)