Dövlət büdcəsində kəsir yarandı
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 960,2 mln. manat, xərcləri isə 14 milyard 142,6 mln. manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Hesabat dövründə dövlət büdcəsində 182,4 milyon manatlıq və ya ÜDM-in 0,5%-i qədər kəsir yaranıb.