Azercell hələ də vəziyyətini düzəldə bilməyib
İl başa çatmaq üzrədir. Mobil bazarın müşahidəsi göstərir ki Azercell hələ də vəziyyətini düzəldə bilməyib.
Uzun illər ölkənin ən innovativ qurumlarından biri olan Azercell artıq 2015-ci ildən başlayaraq məlum səbəblərdən eniş dövrünə qədəm qoymuşdu.
Nəhayət cari ilin əvvəlində NRYTN Azercell şirkətinin səhmlərini aldı. Yəni Azercell dövlət şirkətinə çevrildi.
Biz bu addımı tənqid edəndə bəziləri qeyd edirdilər ki dövlət alıb ciddi investisiyalar yatıracaq , əvvəlki gücündən də artıq səviyyəyə gətirib yenidən satacaq.
İl başa çatsa da hələlik NRYTN tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb. Dövlət şirkəti olandan sonra Azercell- in keçirdiyi tədbirlər daha da bəsitləşib, innovasiyalar və ciddi yeniliklər isə ümumiyyətlə müşahidə olunmur.
Əksinə, düşünürəm ki bazarda digər iki operatorun mövqeləri daha da güclənib, onların daha ciddi innovativ və infrastruktur tədbirləri olub.
NRYTN nə zaman Azercell -ə investisiya yatırıb, nə zaman gücləndirib, nə zaman yenidən satacaq?