BİZNES

Məşhur investor kriptovalyutalarda 136 milyon dollar itirib

Keçmiş "Goldman Sachs" əməkdaşı və hedc fond rəhbəri məşhur investor Mike Novogratz bu il kripto pullarda böyük ziyan edib.

Milyarder investor Mike Novogratzın kriptovalyutalara investisiya bankı olaraq qurduğu "Galaxy Digital Holdings", 3-üncü rüb maliyyə nəticələrini açıqlayıb.

"BI" xəbər verir ki, Birjaya bildirilən məlumatlara görə, bank iyul-sentyabr dövründə 41 milyon dollar zərər edib. Beləliklə 2018-in ilk 9 ayında ümumi zərər 136 milyon dollara çatıb. Bu zərərə, ən böyük kriptovalyuta olan Bitcoin-in noyabr ayındakı təxminən 30% ucuzlaşması daxil deyil.

Bloomberg-in yaydığı bir analizə görə, bankın zərəri daha çox Bitcoin, Ripple, Litecoin mövqelərindən irəli gəlir. Məsələ ilə bağlı "Financial Times"a açıqlama verən Novogratz, düşən bir bazarda iş qurmağın çox çətin olduğunu amma kriptovalyuta qiymətlərinin 2019-da yenidən yüksəlişə keçməsini gözlədiyini qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)