Zuckerberg: Hökumətlər tez bir zamanda qaydalar qoysun
ABŞ-ın ən böyük 4 texnoloji şirkətinin rəhbərləri Konqresdə inhisarçılıqla bağlı ifadə verərək ittihamları rədd ediblər. Facebook qurucusu Zuckerberg isə hökumətləri ən qısa müddətdə qaydalar qoyub onu bəyan etməyə çağırdı.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən texnologiya nəhəngi Amazon, Google, Facebook və Apple şirkətlərinin top rəhbərləri (CEO), sənaye sahəsində inhisarçılıq və bazar idaəetməsi ilə bağlı onlara qarşı irəli sürülən ittihamlar haqqında Konqresdə ifadə verib.
Jeff Bezos, Mark Zuckerberg, Sundar Pichai və Tim Cook video konfrans vasitəsilə Nümayəndələr Palatasının Rəqabət Alt Komitəsi tərəfindən təşkil edilən iclasda iştirak ediblər.
4 böyük şirkətin top menecerləri, şirkətlərin bazarda hökmranlığını davam etdirmələri barədə araşdırma çərçivəsində komitə üzvlərinin suallarını cavablandırıblar.
"Amazon-un ABŞ bazarındakı payı 4 faizdən azdır"
Konqres üzvləri qarşısında ilk dəfə açıqlama verən Amazon şirkətinin baş direktoru Jeff Bezos, atasız çətinliklərlə böyüdüyünü və 1994-cü ildə evinin qarajından İnternetdə kitab sataraq sektora girdiyini bildirib.
Amazon-un nəhəng və rəqabətli qlobal pərakəndə bazarındakı vəziyyətinə toxunan Bezos, şirkətin ABŞ pərakəndə bazarındakı payının 4 faizdən az olduğunu deyib. Bezos şirkətin satışının endirilməsini təklif edənlərə Walmartın Amazon-dan iki qat böyük olduğunu xatırladıb.
Əvvəlcə Konqresdə ifadə verməkdən imtina edən və yalnız digər CEO-ların iştirak edəcəyi təqdirdə ifadə verə biləcəyini ifadə edən Bezos, Amazon-un haqsız rəqabət yaratmaq üçün üçüncü tərəf satıcılar haqqında məxfi məlumatları toplamağa çalışdığı barədə tənqidləri də rədd edib.
"İnternet üçün yenilənmiş qaydalar təyin olunmalıdır"
Facebook-un qurucusu Mark Zuckerberg, şirkətinə yönəldilən "nifrət nitqi" mesajlarının düzgün idarə edilməməsi, istifadəçilərin məxfiliyinin pozulması və haqsız rəqabət barədə səsləndirilən fikirlərə münasibət bildirib.
"Amerika iqtisadiyyatının qurulduğu demokratiya, rəqabət, iştirak və ifadə azadlığının dəyərlərinə inanırıq", - deyən Zuckerberg, ciddi təhlükə və zərər görmədiyi hallarda Facebook-un ifadə azadlığını mümkün qədər müdafiə etdiyini deyib.
İnsanların texnologiya şirkətlərinin ölçüsü və gücü ilə bağlı narahatlıqlarını başa düşdüyünü vurğulayan Zuckerberg, "Hökumətləri və tənzimləyiciləri bu sahədə daha fəal rol almağa və İnternet üçün yenilənmiş qaydalar qurmağa çağırıram", - söyləyib.
"İnternet reklam xərcləri son 10 ildə yüzdə 40 azaldı"
Google-un baş direktoru Sundar Pichai yazılı açıqlamasında, Google-da qiymətlərin sərbəst olduğu və məhsulların daim inkişaf etdirildiyi, yüksək rəqabətli və dinamik qlobal bazarlarda fəaliyyət göstərdiyini açıqlayıb.
Pichai, Google-un e-ticarət bazarındakı digər şirkətlər üzərində haqsız bir üstünlük qazanması üçün axtarış motorlarını dəyişdirdiyinə dair ittihamlara qarşı çıxıb. O, son 10 ildə Twitter, İnstagram, Pinterest, Comcast və başqalarındakı reklam rəqabətinin son 10 ildə internet reklam xərclərinin 40 faizinin azaldılmasına kömək etdiyini söyləyib".
Qeyd edək ki, Avropanın tənzimləyici qurumları Google-a 2.7 milyard dollar cərimə kəsiblər, ABŞ-ın 50 ştatında prokurorlar sentyabr ayında Google’un inhisar iddiaları ilə əlaqədar istintaq başlatdı.
"Apple'ın repressiv bir bazar payı yoxdur"
"Apple şirkətinin iş gördüyümüz bölgədə repressiv bir bazar payı yoxdur", -deyə dünyada telefon satan üçüncü ən böyük şirkət olan Apple-ın baş direktoru Tim Cook bildirib.
Apple şirkətinin bazardakı rəqiblərini texniki məhdudiyyətlərlə ələ keçirməsi və istehlakçılara yüksək qiymətlər qoyması ilə bağlı ittihamları rədd edən Kuk qiymətlərin digər şirkətlərlə müqayisədə məqbul olduğunu iddia edib.
"Apple dükanları açılandan bəri biz heç vaxt komissiya yığmadıq və ya heç bir haqq əlavə etmədik", - deyib.
"Konqres bu şirkətlərə ədalət gətirməsə bunu edəcəm"
ABŞ prezidenti Donald Trump, konqresdəki sessiya başlamazdan əvvəl öz tvitində bu şirkətlərə məhdudiyyət qoyulmasına və nəzarət edilməsinə çağırdı.
"İllər əvvəl bunu etməli olan Konqres bu şirkətlərə ədalət gətirməzsə, bunu Prezident kimi qərarımla mən edəcəm", deyib.
Vaşinqtonun illərlə danışdığı, lakin heç bir tədbir görülmədiyini bildirən Trump, "Ölkəmiz bundan yoruldu və bezdi", yazıb.