Sosial iqtisadiyyat

Nazirliyin strukturunda daha bir qurum formasını dəyişdi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyə daxil olan strukturunda daha bir qurumun təşkilati-hüquqi forması dəyişib.

ENA.az banker.az-a istinadən xəbər verir ki, bu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətidir.

Yeni məlumata əsasən, bu qurum bundan sonra Xidmət deyil Agentlik olacaq və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agetliyi adı altında fəaliyyət göstərəcək.

Hazırda nazirliyin strukturunda  Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Məşğulluq Agentliyi və Sosial Xidmətlər Agentliyi vardır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)