MALİYYƏ

“S&P”: Növbəti 3 ildə AMB-nin valyuta ehtiyatları STABİL QALACAQ

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu il Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının 5,4% azalaraq 5 922 mln. ABŞ dollarına enəcəyini proqnozlaşdırır.

Növbəti 3 ildə AMB-nin valyuta ehtiyatlarında stabil artım müşahidə olunacaq. Belə ki, 2021-ci ildə valyuta ehtiyatlarının 3,7%, 2022-ci ildə 3,1%, 2023-cü ildə isə 3,5% artacağı gözləyir.

Qeyd edək ki, ötən il AMB-nin valyuta ehtiyatları 6 258 mln. dollar, bu ilin iyulun 1-nə isə 6 436,3 mln. dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)