Sağlamlıq

Koronavirusdan qorunmaq üçün maddə hazırlanıb

Rusiyanın Cənubi Federal Universitetinin tədqiqatçıları parçaları və qeyri-toxuma əşyalarını viruslara qarşı davamlı etmək üçün hopdurulacaq xüsusi maddə hazırlayıblar.

ENA.az “Evorus.com”a istinadən xəbər verir ki, parçanın səthinə misin nano hissələrindən (milyardda bir metr, yaxud milyonda bir millimetr ölçülü) ibarət örtük çəkməklə ona viruslara və mikroblara qarşı müqavimət xassəsi gətirilir.

Elmi mərkəzdə hazırlanan bir neçə sınaq nümunələrinə düşən viruslar, o cümlədən COVID-19 vurusu məhv olub. Hazırda bu cür parçalardan səhiyyə işçilər üçün geyimlərin hazırlanmasına dair texnologiya hazırlanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)