İnşaat və əmlak

Mənzillərə verilən razılıqların sayında sıçrayış

Azərbaycanda 2020-ci ilin yanvar-iyun aylarında istifadəyə verilən mənzillərin ümumi sahəsi 2 milyon 586.8 min kvadratmetr təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Mənzillərin istifadəyə verilməsində bu qədər ciddi artım Azərbaycan Prezidenti İlham Əliyevin çoxmərtəbəli binaların istifadəyə verilməsini sadələşdirmək barədə sərəncamının icrası ilə əlaqədardır. Fərmana əsasən, Fövqəladə Hallar Nazirliyinə konstruksiyaların dayanıqlığını, yanğın təhlükəsizliyini və çoxmərtəbəli binaların mühəndis və rabitə təminatı sistemləri, liftlərin və sistemlərin istismara hazırlığını yoxlamaq tapşırılıb.

Statistikaya görə, bu ilin yanvar-iyun aylarında mənzil tikintisinə kapital qoyuluşları 626,1 milyon manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda istifadəyə verilən mənzilin ümumi sahəsi rekord 8 milyon 747.3 min kvadratmetr təşkil etmişdi. Bu da 2018-ci ildəkindən 3,9 dəfə çoxdur. Bu artım Prezident Əliyevin yuxarıda qeyd etdiyimiz məlum sərəncamından sonra baş verdi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)