ABŞ şirkəti Azərbaycan bazarına daxil olub
Amerika Birləşmiş Ştatlarının dəniz dibində seysmik sistem və xidmətlərini həyata keçirən şirkət Azərbaycan bazarına daxil olub.
ENA.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Magseis FF LLC” Şirkətinin Azərbaycan üzrə filialını dövlət qeydiyyatına alıb.
Şirkətin direktoru ABŞ vətəndaşı olan Scouliios Thomas Elias-dır.