Özbəkistanda “ağıllı şəhər” yaradılır
Özbəkistanın Daşkənd vilayətində “ağıllı şəhər” yaradılacaq.
"BI" xəbər verir ki, bununla bağlı bu ölkənin İnvestisiyalar üzrə Dövlət Komitəsi Sinqapurun “Universal Success Enterprises” şirkəti ilə memorandum imzalayıb.
“Ağıllı şəhər”in tikintisinin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur. Sinqapur bu layihəyə 2,5 milyard dollar sərmayə qoyacaq.
“Ağıllı şəhər” kommunikasiya və informasiya texnologiyaları sistemidir. Bu sistem vasitəsilə şəhər mühitinə səmərəli şəkildə nəzarət ediləcək. Sistem şəhərdə baş verən daxili prosesləri idarə etməyə imkan yaradacaq ki, bununla da əhalinin həyat şəraiti yüksələcək.