Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxanlarla bağlı - SON MƏLUMAT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6817, ötən müddət ərzində isə 634 698 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department