Avtomobil

"Xəzər"in premium və pikap versiyası buraxılacaq – İLK DƏFƏ

Yaxın vaxtlarda Neftçaladakı Avtomobil Zavodunda «Xəzər» avtomobillərinin yeni versiyalarının buraxılmasına başlanacaq. 

ENA.az Fed.az-a istinad'n xəbər verir ki, Zavoddan verilən məlumata görə, bunlar «premium» və «pikap» modelləridir.

Premium model «Xəzər CC» adlanacaq.

Zavoddan bildirilib ki, indiyədək «Xəzər»in belə modeli olmadığına görə, müəssisə bəzi sifarişləri qarşılamaqda çətinlik çəkib.

Eləcə də zavoda «pikap» variantlarının alınması üçün sifarişlər də var. Ona görə də, tezlikdə premium və «pikap» modellərinin istehsalı başlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department