Azərbaycan şirkəti Serbiyada KÖRPÜ TİKƏCƏK
Azərbaycanın “Azvirt” şirkəti Serbiyada Sava körpüsünün inşasına başlayır. Tikintinin 2022-ci ildə tamamlanması nəzərdə tutulur.
ENA.az xəbər verir ki, körpü Sava çayının özərindən keçərək Ruma-Sabaç-Loznisa avtomagistralının bir hissəsi olacaq. Bu barədə məlumatı Serbiyanın İnfrastruktur Nazirliyi də təsdiqləyib.
Artıq körpünün dayaqlarının inşasına başlanılıb və İnfrastruktur naziri Zoran Mixayloviç tikinti ərazisinə baxış keçirib. 1,3 kilometrlik körpü 22 kilometrlik Ruma-Sabaç və 55 kilometrlik Sabaç-Loznisa yolunu birləşdirəcək.
Sözügedən tikinti ilə bağlı sənəd ötən ilin noyabrında imzalanıb.