Sığorta

Əmlakın yanğından və digər risklərdən sığortasında böyük artım

Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına görə, bu ilin yanvar-oktyabr ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 50 mln. 823,6 min manat təşkil edib. Bu, yanvar-sentyabr ayları ilə müqayisədə 2 mln. 530,3 min manat və ya 5,24% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 19,113 mln. manat və ya 60,27% artıb.

Bu ilin yanvar-oktyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 2 mln. 43,6 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-sentyabr aylarındakı göstəricidən 267,9 min manat və ya 15,09%, 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,3 min manat və ya 0,31% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)