Bank

"Bu gözlənilən itkiləri qarşılamağa imkan verir"

"Cari ilin mart ayından başlayaraq xarici şoklarla üzləşmişik. Neftin qiymətində həmiyyətli ciddi düşmə baş verdi. Strateji valyuta ehtiyatlarımız birinci rübdə bir qədər azalsa da, ikinci yarımillikdə bərpa edildi. Valyuta bazarımız spekulyativ hücuma məruz qaldı".

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda çıxışı zamanı deyib.

E.Rüstəmovun sözlərinə görə, amma görülən tədbirlər nəticəsində valyuta bazarlarında vəziyyət sabitləşib.

Mərkəzi Bank sədri bildirib ki, kredit siyasətinin yumşaldılması məqsədilə ilin əvvəlindən faiz dərəcəsi 7,5%-dən 7%-ə düşüb.

"Maliyyə sektorunda ilin əvvəlindən başlayan pozitiv dinamika saxlanııb, biznes kreditləri artıb. Bankların kapital buferi 2 dəfədən artıqdır və bu gözlənilən itkiləri qarşılamağa imkan verir", - deyə AMB sədri bildirib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)