Mərkəzi Bankın qiymətli kağızlarına - TƏLƏB TƏKLİFİ ÜSTƏLƏDİ

Bü gün Mərkəzi Banka məxsus 200 milyon manat həcmində notlar satışa çıxarılıb. ENA.az xəbər verir ki, Bakı Fond Birjasında keçirilən hərracda sifarişlərin ümumi məbləği isə 2 dəfədən çox olub.
Belə ki, tələb 554 milyon 590 min 700 AZN təşkil edib.
Hərrac zamanı 11 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51%) olan 20 sifariş təqdim edilib.
AMB-nin qərarına əsasən notların orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilib.
Notların ödəmə tarixi 12.08.2020-ci ildir.