Yanvar-iyun üzrə Azərbaycan iqtisadiyyatının ƏSAS GÖSTƏRİCİLƏRİ
Azərbaycanın 2020-ci ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin profisiti 291,9 milyon manat təşkil edib. ENA.az olaraq sizə əsas iqtisadi göstəriciləri təqdim edirik:
Maliyyə Nazirliyinin ilkin məlumatlarına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 12 milyard 22,7 milyon manat (keçən ilin yanvar-iyun ayları ilə müqayisədə 15.5% artım), xərcləri - 11 milyard 730.8 milyon manat (artım 7, 1%) olub.
Yanvar-iyun aylarında Azərbaycanda nominal ÜDM 33 milyard 803,9 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-in 0,86%-ni əhatə edir.
ÜDM-nin 23 milyard 43,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür. Pərakəndə ticarət dövriyyəsi isə 18 milyard 245,7 milyon manat təşkil edib. Həmçinin ölkə əhalisinin hər nəfərinə düşən ÜDM 3 393,7 manat həcmində olub.
Əsas kapitala 5 milyard 956,2 milyon manat yönəldilib ki, bunun da 3 milyard 177,8 milyon manatı qeyri-neft sektorunun paylna düşür.
Əhalinin nominal gəlirləri 27 milyard 377,8 milyon manat, banklardakı əmanətləri isə 7 milyard 661,3 milyon manat təşkil edib. Kredit qoyuluşları 14 milyard 765,7, milyon manat, vaxtıkeçmiş kreditlər isə 1 milyard 084,8 milyon manatdır.
Orta aylıq nominal əməkhaqqı, 728,9 manat , əhalinin sayı isə 2020-ci il 01 iyun vəziyyətinə 10 milyon 089,9 min nəfərdir.
Xatırladaq ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri ilə bağlı proqnoz 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 894.7 milyon manatdır. 2020-ci il üçün büdcə kəsiri 2 milyard 760,2 milyon manat və ya ÜDM-in 3,3% -i səviyyəsində proqnozlaşdırılır.