Axtar

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - SON MƏLUMAT

Bu gün Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib.

Bu barədə “ENA”ya Operativ Qərargahdan məlumat verilib. Son sutka ərzində ölkədə daha 545 nəfər sağalıb. 

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində ümumilikdə 592 778 test aparılıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33