Ermənistan hökuməti Tavuş bölgəsi əhalisini TƏXLİYƏ EDİR
İşğalçı ölkə Ermənistanın Fövqəladə Hallar Nazirliyi, Tavuş bölgəsi əhalisinin təxliyə edilməsinə hazırlıq üçün əmr imzalayıb.
Gürcüstan KİV-də yer alan xəbərə görə, bu barədə Ermənistanın “Panorama Ami” xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Ermənistanın Fövqəladə Hallar Naziri Feliks Tsolokiani, Xilasetmə Xidmətinin rəhbərliyi ilə görüşüb və lazım gəldikdə əhalinin sığınacaq və evakuasiya üçün hazırlanmasını əmr edib.
Sözügedən Tavuş bölgəsi isə Ermənistanın Azərbaycanla olan sərhədinə yaxın ərazidə yerləşir.
Xatırladaq ki, İyulun 12-dən etibarən Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyət gərgin olaraq qalır.