Birja

Banklara dollar satıldı - HƏRRACIN NƏTİCƏSİ

Azərbaycan Mərkəzi Bankı çərşənbə axşamı günü Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilən valyuta hərracında banklara 56,6 milyon dollar satıb.

İyulun 9-da keçirilən hərracda isə AMB banklara 52,7 milyon dollar satmışdı.

"Çərşənbə axşamı keçirilən hərracda bankların tələbi 56,6 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərrac nəticəsində manatın dollara nisbətdə orta məzənnəsi 1,7 manat / $ 1 təşkil edib", - deyə bildirilir. 

Mart ayında Azərbaycanda neftin qiymətinin əhəmiyyətli dərəcədə azalması fonunda xarici valyutaya tələbin artması müşahidə olundu, lakin martın 29-dan etibarən dollara tələb tədricən azalmağa başladı.

Xatırladaq ki, Dövlət Neft Fondundan verilən məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında fond valyuta hərraclarında 4 milyard 10.2 milyon ABŞ dolları həcmində xarici valyuta satıb və bu keçən ilin eyni dövrü ilə müqayisədə 51.7% çoxdur.

Mart ayında 1 milyard 928,3 milyon dollar, apreldə 531.1 milyon dollar, may ayında 334 milyon dollar və iyun ayında isə 373.2 milyon dollar hərracda realizə olunub.

ARDNF bu il valyuta hərraclarında 6.8 milyard dollar satış etməyi planlaşdırıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)