TURİZM

Çindən Azərbaycana gələnlərin sayı 7,6 dəfə azalıb

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Məlumata görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 590,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu dövrdə ölkəyə gələnlərin 29,7%-i Rusiya Federasiyası, 26,7%-i Gürcüstan, 14,5%-i Türkiyə, 7%-i İran, hər birindən 2,1% olmaqla Hindistan və Ukrayna, 2,0%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,3%-i olmaqla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Pakistan, hər birindən  1,2%-i olmaqla Küveyt və Qazaxıstan, 1,%-i Türkmənistan, 0,9%-iBöyük Britaniya, hər birindən 0,8%-i olmaqla Özbəkistan və İraq, 0,7%-i Belarus, 0,6%-i İsrail, 5,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin  76,2%-ni kişilər, 23,8%-ni qadınlar təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Çindən gələnlərin sayı 7,6 dəfə, Cənubi Koreyadan - 6,9 dəfə, Macarıstandan - 5,3 dəfə, Yaponiyadan və  İsraildən - 5,1 dəfə, Polşadan - 4,7 dəfə, BƏƏ-dən - 4,6 dəfə, Kanadadan - 4,2 dəfə, ABŞ-dan və Böyük Britaniyadan - 4 dəfə, İraqdan - 3,9 dəfə, Fransadan - 3,8 dəfə, Almaniyadan - 3,7 dəfə, Omandan - 3,6 dəfə, Niderlanddan - 3,5 dəfə azalıb.   

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4 dəfə azalaraq 16,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 dəfə azalaraq 79,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 2,4 dəfə azalaraq 212,1 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,0%-i dəmir yolu və avtomobil, 30,4%-i hava, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.                                                                             

2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı 2,6 dəfə azalaraq 973,4 min nəfər olub. Ölkə vətəndaşlarının 33,2%-i İrana, 29,6%-i Gürcüstana, 20,5%-i Rusiyaya, 9,5%-i Türkiyəyə, 7,2%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 69,7%-ini  kişilər,  30,3%-ini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Türkiyəyə gedənlərin sayı 2,8 dəfə, Gürcüstana gedənlərin sayı 2,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 2,3 dəfə azalıb. 

2020-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 81,7%-i dəmir yolu və avtomobil, 16,5%-i hava, 1,8%-i isə dəniz nəqliyyatından istifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)