"Dizel avtomobillərin idxalının dayandırılması Nazirlər Kabinetindən aslıdır"
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dizel avtomobillərinin idxalının dayandırılması ehtimalına münasibət bildirib
DGK sədri dizel yanacağı ilə işləyən avtomobillərin Azərbaycana idxalının dayandırılması ehtimalına münasibət bildirib və bu məsələnin Nazirlər Kabinetinin qərarından asılı olacağını deyib.
Xatırladaq ki, Almaniyanın Ali Məhkəməsi ölkədə dizel avtomobillərin istismarının qadağa olunmasına icazə verib. Bu qərarın fonunda həmin nəqliyyat vasitələrinin ucuzlaşması və digər ölkələrə, o cümlədən Azərbaycana ixracının sürətlənməsi gözlənilir.