Dövlət Agentliyinin bu səlahiyyəti ləğv olundu - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.22-ci yarımbəndi ləğv edilib.
Agentliyin hüquq və vəzifələrinə aid həmin bənddə deyilirdi: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirir.