ENA+

Şahin quşu ovlamaq istədi, cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.


Nazirlikdən "BI"yə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri,  2 göyərçin quşu  götürülüb.


Faktla bağlı  F.Məmmədov barəsində protokol tərtib edilib və  ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department