TURİZM

Halal oteldə böyük skandal!

Bir vaxtlar dindar turistlərin ən çox sevdiyi The Qasr Bodrum Otelində olay baş verib. Bu ildən başlayaraq oteldə spirtli içkilərin də satışı həyata keçirilirmiş, otel rezarvasiya edən yüzlərlə dindar isə bundan xəbərsiz olub. Nəticədə hazırda otel rəhbəri nömrələri satan agntliklə məhkəmə çəkişməsinə çıxıb. 

ENA.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, yüzlərlə insan Bodrumda bu oteli sifariş edib. Ödənişlərini agentlik vasitəsilə həyata keçirən insanlar qalacaqları otellə əlaqə qurarkən həqiqəti öyrəniblər.
 

Otelin adının və mühafizəkar konsepsiyasının dəyişdiyini öyrənən zərərçəkənlər ödədikləri pulları tələb ediblər. İttihamların mərkəzində olan otelin sahibi agentliyin də onları aldatdığını iddia edib. Xaricdə yaşayan yüzlərlə dindar ailələrin tətil etməsi üçün ödənişləri "Arel Org" Agentliyi qəbul edib.

Otelin sahibi Hürriyet-ə açıqlama verib: “Otelimizin marketinqilə məşğul olan Arel adlı firma, bizim məlumatımız olmadan çox adamdan pul yığıb. Konsepsiyamızın dəyişdiyini bilsə də satışlar edilib. Bu şirkətin sahibi Taner A. ilə bağlı prokurorluğa cinayət işi qaldırdıq. Oteldə qalmaq istəyən ailələr üçün qapımız açıqdır. Ancaq sifarişçilərin pullarının geri qaytarılmasının bizimlə heç bir əlaqəsi yoxdur". 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)