Elm və Texnologiya

“Facebook” inqilabi dizaynda yeni VR eynəklər təqdim edib

“Facebook Research” komandası inqilabi dizaynda yeni virtual reallıq eynəklər (VR) konsepsiyasını təqdim edib. ENA.az xəbər verir ki, hamıya tanış olan böyük ölçülü cihazın əvəzinə, bu model adi günəş eynəyi kimi görünür.

Ekran olaraq bu eynəklərdə qalınlığı 9 mm-dən az olan optik örtükdən istifadə olunur. Tədqiqatçıların sözlərinə görə, VR-ekranların
əksəriyyətində şüşə və ya kauçukdan hazırlanan refraksion obyektivdən istifadə olunur. Onlar isə bu elementi holoqrafik optika ilə əvəz edərək, VR-ekranın ölçüsünü xeyli azaltmış oldular.

Qeyd edək ki, bir çox şirkət VR/AR həllərin tərtibatına investisiya qoyur. Məsələn, “Apple” uzun illər ərzində AR və VR cihazları üzərində çalışaraq, 2018-ci ildə “ağıllı eynəklər” konsepsiyasını patentləşdirib. “Google” isə bu yaxınlarda “ağıllı eynəklər” istehsalçısı olan “North” şirkətini satın alıb.

“Facebook”un VR-qarnitura konsepti, yaxın gələcəkdə əlavə və qarışıq reallıq texnologiyalarının daha çox hansı istiqamətdə inkişaf edəcəyindən xəbər verir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)