Sosial iqtisadiyyat

Qazaxıstan zavodu Azərbaycan müəssisəsinə ayda $43 min ödəməli olacaq - MƏHKƏMƏ İŞİ

Mingəçevirdə fəaliyyət göstərən “Azneftemash” ASC Qazaxıstanın maşınqayırma zavodu ilə aralarındakı məhkəımə çəkişməsinə son qoyulub, iş sülhlə bitib.

ENA.az bu barədə əldə etdiyi məlumata görə, yerli müəssisə “Aktauskiy Maşınqayırma Zavodu” LLP-nin onun borcunu qaytarmadığı iddiası ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edib.

Azərbaycan müəssisəsinin iddiasına görə, Qazaxıstan müəssisi ona $257 000 pulunun qaytarmayıb.

Lakin, “Azneftemash” 24 iyun 2020-ci il tarixdə sülh razılaşmasının təsdiq edilməsi haqqında ərizə və sülh razılaşması ilə məhkəməyə müraciət edərək proses tərəfləri arasında sülh razılaşmasının əldə edildiyini bildirib və sülh razılaşmasında qeyd olunan şərtlərin təsdiq edilməsini məhkəmədən xahiş edib.

Sülh razılaşmasına görə, Aktauskiy Maşınqayırma Zavodu Azərbaycan müəssisəinə olan borcu 6 hissəyə bölərək, hər ayda $42 833 olmaqla ödəməli olacaq.

Ödəniş isə iyul ayının 1-dən, dekabr ayının 1-ə qədər davam edəcək.

Kommersiya məhkəməsi bu razılaşmanı təsdiqləyib.

“Azneftemash” 1999-cu ildə səhmdar cəmiyyəti olduqdan sonra, neft və qaz sənayesində istifadə olunan avadanlıqlar: qazıcı qurğular, yüksək təzyiqli siyirtmələr, xüsusi təyinatlı texnikalar, və müxtəlif alətlər yüksək keyfiyyətlə istehsal edilir. Zavodda 980 işçi calışır. Avadanlıqlar Azərbaycan Respublikasının və MDB ölkələrinin neft və qaz sənayesində istifadə olunur.

2018-ci ilin hesabatına görə, 49.59 mln. manat gəlir əldə edərək, ili 61 min manat xalis mənfəətlə bitirib. 751 min manat səhm kapitalına sahibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)