Almaniya 1989-cu ilinə dönür - AVTOMOBİL SATIŞI KƏSKİN DÜŞDÜ
İyun ayında Almaniyada yeni nəqliyyat vasitələrinin satışı keçən ilin eyni dövrü ilə müqayisədə 40 faiz düşdü.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, Beynəlxalq Nəqliyyat Vasitələri İstehsalçıları Birliyinin prezidenti Reinhard Zirpel Almaniyada yeni nəqliyyat vasitələrinin iyun ayında 220 min azaldığını bildirib.
Zirpel, keçən ilə nisbətən 20 faiz azalma ilə bütün il ərzində satışların 2.8 milyona enəcəyini gözlədiklərini də qeyd edib. Bu isə o deməkdir ki, nəqliyyat vasitələri satışları 1989-cu ildəki, iki Almaniyanın birləşdiyi dövrdən bəri ən aşağı səviyyəyə enib.
Maraqlı faktlardan biri odur ki, Almaniyada elektrikli avtomobillərin satışı 2020-ci ilin ilk 6 ayında yüzdə doxsan artaraq 90 min səviyyəsinə çatıb.