TURİZM

Bakıdan bu şəhərə aviareyslər - HƏYATA KEÇİRİLƏCƏK

İyulun 10-dan etibarən “Belavia Hava Yolları” Bakıdan Minskə aviareyslər həyata keçirəcək.

ENA.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan  bildirilib ki, reyslər həftənin cümə və bazar günləri yerinə yetiriləcək. Aviareyslərə yalnız Bakıdan uçan sərnişinlər qəbul ediləcək.

Biletləri aviaşirkətin “www.belavia.by” rəsmi saytından əldə etmək olar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)