"As Prof Consulting" işçi axtarır - VAKANSİYA
Vəzifə: Tele marketinq meneceri (Çağrı Mərkəzinin operatoru) .
As Prof Konsaltinq MMC
Vəzifə üzrə əsas öhdəliklər:
• Potensial müştərilərə telefon görüşlərini həyata keçirir,
• Telefon vasitəsi ilə şirkətin xidmətini müştərilərə təklif edir,
• Satışın və müştəri portfelinin artması istiqamətində yeni təkliflər verir,
• Yeni müştərilərin axtarışını təmin edir,
• Bazarın araşdırılmasında rəhbərliyə yardım edir, rəqib şirkətlər haqqında məlumatlar toplayır,
• Müştərilərin kredit müraciətlərini təhlil edir,
• Müştərilərə lizinq məhsulları barədə məlumat verir,
• Yüksək səviyyədə müştəri xidmətinin təmin olunmasını təmin edir.
Namizədə aid tələblər:
• Xanım namizədlər (yaş 20-35), kişi namizədlər (yaş 20-28), xanım namizədlərə üstünlük veriləcək,
• Ali təhsil,
• Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzu olunandır,
• MS office proqramları bilikləri,
• Müvafiq olaraq bu sahədə ən azı 1 il iş təcrübəsi,
• Müştəri ilə ünsiyyət qurmaq bacarığı mütləqdir,
• Ofis proqramlarıyla sərbəst işləmək bacarığı,
• İşdə dəqiqlik və detallarla fikir vermək,
• Danışığı səlist və özünəinamlı,
• Maliyyə sektorunda işləyənlərə üstünlük verilir.
İş vaxtı: Bazar ertəsi - Cümə, 10:00-dan 19:00-dək (nahar 13:30 – 14:30)
Şənbə - 10:00 – 15:00
Əmək haqqı: 400 AZN.
Əmək haqqına əlavə : Bonus + portfel % + hədəfə çatıldıqda yüksək məbləğdə mükafat
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-ni hr@asprof.az. elektron ünvanına, vəzifənin adını qeyd etməklə göndərə bilərlər.