İstanbul-Bakı reysindən kimlər istifadə edə bilər?
AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb.
ENA.az xəbər verir ki, İstanbul-Bakı reysinə Azərbaycan vətəndaşları ilə yanaşı, aşağıdakı şəxslər buraxılır: ⠀
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr. ⠀
Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları, eləcə də həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.