Avtomobil

Toyotanı keçən Tesla ən qiymətli avtomobil istehsalçısı oldu

Koronavirus benzinlə işləyən avtomobilləri gözdən saldı və elektrikli avtomobil şirkətlərinin səhmləri əksinə beş qat bahalaşdı. Dünyanın ən qiymətli avtomobil istehsalçısı olan Toyota, ilk yerini Elon Maskın Tesla-sına buraxdı.
 

ENA.az xəbər verir ki, ABŞ brendi olan Tesla, rəqibi Toyotanı üstələdi və bazar dəyəri əsasında "dünyanın ən qiymətli avtomobil istehsalçısı" adını qazandı. Bu inkişafla Tesla şirkətinin ümumi dəyəri 190 milyard dolları ötdü. 

Reuters-in məlumatına görə, Tesla şirkətinin səhmlərinin qəfil bahalaşması məsələsi mütəxəssislərin diqqətini çəkib. Çünki Tesla şirkətinin səhmləri pandemiya dövründə ABŞ iqtisadiyyatında durğunluq göstərən nadir şirkətlər arasında idi.

Tesla'dan sonra dünyanın ikinci ən qiymətli avtomobil şirkətinə çevrilən Toyota əvvəllər ABŞ-ın Kaliforniya ştatındakı nəhəng fabrikin, qərargah və istehsal sahəsinin sahibi idi. Elon Musk bu fabriki Toyota şirkətindən təxminən 10 il əvvəl satın alıb və Yapon avtomobil brendi Teslaya bir milyon dollar sərmayə qoymuşdu. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)