Azərbaycanda Özbəkistan Ticarət Evi açılır
qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Özbəkistan Ticarət Evi" MMC-ni dövlət qeydiyyatına alıb.
ENA.az Nazirliyə istinadən xəbər verir ki, Ticarət Evinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, ev 65B, qanuni təmsilçisi isə Samir Elçin oğlu Cəfərovdur.
MMC-nin nizamnamə kapiatlı 20 manat təşkil edir.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 30 mln 534,75 min ABŞ dolları olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Hesabat dövründə ixrac 20,6% azalaraq 4 mln 858,12 min ABŞ dolları, idxal isə 43,3% artaraq 25 mln 676,63 min ABŞ dolları olub.