“BakuBus”ın 700 min manatdan çox vergi borcu olduğu açıqlandı
“BakuBus” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından məlumat yerləşdirilib.
Məlumata əsasən, “BakuBus”ın 700 min 989 manat vergi borcu var.
Qeyd edək ki, bu borclar barədə son məlumat 29 iyun 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.