Gürcüstan sərhədləri kimlər üçün açıqdır? - Aydınlıq gətirilib
"Xarici vətəndaşların Gürcüstan sərhədlərini keçmələri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil".
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, sərhədi yalnız Gürcüstan vətəndaşları, ikili vətəndaşlığı olan şəxslər və onların ailə üzvləri keçə bilirlər.
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də ölkənin bütün sərhədlərinin əcnəbilər üçün bağlı olduğunu bildirib.
Qeyd edək ki, qonşu ölkə koronavirus pandemiyası səbəbindən martın 18-dən xarici vətəndaşlar üçün sərhədlərini bağlayıb.