Avtomobil

Kəmər taxmayanlar, kameraya düşürsünüz - VİDEO

Əvvəllər avtomobillərin sığorta olunmaması, texniki baxışdan keçməməsi kameralara düşürdü, indi təhlükəsizlik kəmərindən istifadə etməyənləri kameralar üzə çıxarır.

"BI" ARB TV-yə istinadən xəbər verir ki, kameralar paytaxtın, demək olar, bütün ərazilərində quraşdırılsa da, sorğu nəticəsində sürücülərin əksəriyyətinin bundan xəbərsiz olduğu məlum olub.

Ekspert Elməddin Muradlı bu sahədə təbliğat işləri aparmaq lazım olduğunu deyib.

Məsələdən xəbərdar olan sürücülər kameraya düşməmək üçün tünd geyimlər geyinirlər. 

Qeyd edək ki, təhlükəsizlik kəmərlərindən istifadə etməyən sürücülər üçün cərimə məbləği 40 manat təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)